İndoneziyanın paytaxtı Cakarta və ətraf bölgələrdə leysan yağış daşqına səbəb olub. On minlərlə insan evlərini tərk etməli olub. Ölkədə təbii fəlakətdən ümumilikdə 26 yaşayış məntəqəsi zərər çəkəb. Ən çox ziyan Cakarta yaxınlığındakı Subanq şəhərinə dəyib. Anspress-in məlumatına görə, burada suyun səviyyəsi 1 metri ötüb, evlərini su basmış sakinlər evakuasiya edilibər. Dövlət televiziyası Subanq sakinlərinin xilas edilməsi əməliyyatından kadrlar yayıb. Cakartanın bir neçə rayonundan isə 63 min insan təxliyyə olunub. Daşqın nəqliyyatın hərəkətini də iflic edib. İndoneziyada leysan yağış mövsümünün fevralın əvvəllərinədək davam edəcəyi gözlənilir. Ötən il Cakartada güclü daşqın 20 nəfərin ölümünə və 30 mindən çox insanın evlərini tərk etməsinə səbəb olmuşdu.
Mənbə: Milli.Az