Qadin.NET / Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu

Abdulla və Mulan: dünyanın ən qəribə dostluğu

 

İndoneziyanın Şərqi Yava adasının Maolanq bölgəsində, Dilem kəndində yaşayan Abdulla Şolenin "balaca pişiyim" dediyi pələngi var. 33 yaşlı Abdullanın pələnginin adı Mulandır.
 Abdulla və Mulan bir-birlərinə o qədər öyrəşiblər ki, qorxunc yırtıcı sahibinin yanında yatır, onunla birlikdə yemək yeyir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 178 kq ağırlığı olan Mulanın boyu 3 metrdən artıqdır.
Benqal pələngi sahibini görəndə çox sevinir. Lakin bu sevinc bəzən Abdulla üçün yaralar və travmalarla sonuclanır, çünki böyük pələng sahibini qucaqlayanda onun dişləri və caynaqları sevdiyi insanı zədələyir.
Abdullanın dediyinə görə, Mulan 3 aylıq balaca pələng balası olanda onu Noer Məhəmməd Hole vermişdi
"Məndən xahiş etdi ki, pələng balasına baxım. İndi Mulanın 6 yaşı var və mən imtahanlara hazırlaşanda da yanımdadır", - Yava İslam Universitetində oxuyan Abdulla Şole deyib.
Abdullanın sözlərinə görə, Mulan gündə 6 kq keçi və ya toyuq əti yeyir.
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK