Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin cavab görüşlərinə start verilir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən Bakının “İqtisadçı” klubu ikinci sınağına sabah çıxacaq.
Bülənt Karslıoğlunun yetirmələri Türkiyədə “Vakıfbank”ın qonağı olacaqlar. Görüşdə komandamızın şansları çox azdır. Evdə 0:3 hesabı ilə uduzan Super Liqanın gümüş mükafatçısının İstanbulda sensasiyaya edəcəyi gözlənilən deyil.
Çünki rəqibimiz sıradan biri deyil və Çempionlar Liqasının son qalibidir. Bu azmış kimi, İstanbul təmsilçisi 72 oyundur, məğlubiyyət nə olduğunu bilmir.
Komandamızın mərhələ keçməsi üçün isə öncə revanş alması, ardınca “Qızıl set”ə ümid bağlaması vacibdir.
Çempionlar Liqası
I pley-off mərhələsi, cavab oyunu
22 yanvar
22 yanvar
22:30. “Vakıfbank” (Türkiyə) - “İqtisadçı” (Azərbaycan)
Hakimlər: Fabrizio Pasquali (İtaliya), Sotirios Delikostidis (Yunanıstan)
İstanbul, Burhan Fələk Voleybol Salonu
İlk oyun: “İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə) - 0:3 (22:25; 20:25; 20:25)
Hakimlər: Fabrizio Pasquali (İtaliya), Sotirios Delikostidis (Yunanıstan)
İstanbul, Burhan Fələk Voleybol Salonu
İlk oyun: “İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə) - 0:3 (22:25; 20:25; 20:25)
Qeyd edək ki, “Rabitə” ev sahibi kimi rəqiblərini “Dördlər finalı”da gözləyir
Mənbə: Milli.Az