Qadin.NET / Niyə Syomin kimi səviyyəli məşqçi Azərbaycanda çalışır?"

Niyə Syomin kimi səviyyəli məşqçi Azərbaycanda çalışır?"

 

“Spartak”ın məşhur sabiq hücumçusu Valeri Reynqold ÇSKA-nın məşqçi qərargahında baş vermiş dəyişikliklərdən danışarkən "Qəbələ"nin baş məşqçisi Yuri Syomini də xatırlayıb. Futbolinfo.az xəbər verir ki, Reynqold Rusiya mətbuatına müsahibəsində bunları söyləyib: “Dəyişiklikləri nəinki ÇSKA, bütün Rusiya futbolu tələb edir. Ancaq bu, artıq başqa söhbətin mövzusudur. Şanlı tarixə malik klublar, məsələn, ÇSKA rusiyalı mütəxəssislərə üz tutanda bu, çox sevindirir. Ümumiyyətlə, bizə legioner-məşqçilərə dəyəri azaltmaq, yerli mütəxəssislərə diqqəti cəmləmək lazımdır. Başa düşmürəm ki, niyə Yuri Syomin, Georgi Yartsev kimi səviyyəli məşqçilər müvafiq olaraq Azərbaycan və Moldovada işləyirlər? Niyə çoxlu istedadlı gənc məşqçilər işsiz oturublar? Bəli, başa düşürəm ki, rəhbərlik etmək üçün bu gənclər hələ yetişməyiblər, ancaq köməkçi kimi işləyə bilərlər. Bunun əvəzində onlar qəpik-quruşa veteranların yarışlarında oynayırlar. Bütün bunlar məyus etməyə bilməz”.

Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK