Qadin.NET / Milli komandamız Qazaxıstana qarşı

Milli komandamız Qazaxıstana qarşı

 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçiBernard Lippertin yetirmələri Qazaxıstanın U-21 yığması ilə görüşəcəklər. Millimizin Antalyadakı ikinci qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bunadək Türkiyənin “Antalyaspor” klubunun U-21 komandası ilə qarşılaşan yığmamız 5:3 hesablı qələbə qazanmışdı.
 17:00. Azərbaycan -21 - Qazaxıstan -21

 

Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK