Qadin.NET / "Əsəd cavab verməlidir"

"Əsəd cavab verməlidir"

 

İngiltərə xarici işlər naziri Uilyam Heyq Suriyadakı vəhşilik görüntülərinə reaksiya göstərib. Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, İngiltərə xarici işlər naziri Uilyam Heyq Suriyada Əsəd rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sənədləşdirən hesabat və fotolarla əlaqədar münasibət bildirib.
O, "Twitter" hesabından bir izləyicisinin Suriyada Əsəd rejimi tərəfindən həyata keçirilən müharibə cinayətlərini sənədləşdirən fotoları görüb-görmədiyi haqqında verdiyi sualı: "Şokedici bir xəbərdir. Suriya xalqına qarşı törədilən sistematik vəhşiliyin sübutları artır. Günahkarlar hesab verməlidir" deyə cavablandırıb.
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK