Qadin.NET / Azərbaycana yenidən "yaz havası" qayıdır

Azərbaycana yenidən "yaz havası" qayıdır

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə ciskinli az yağıntı olacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim çənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycan bölgələrində yanvarın 22-də əsasən şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı gözlənilri. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, gecə dağlarda 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK