Qadin.NET / Afrikada qadın prezident seçildi

Afrikada qadın prezident seçildi

 

Mərkəzi Afrika Respublikasının (MAR) müvəqqəti prezidenti ötən gün seçilib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ölkənin bir nömrəli vəzifəsinəKetrin Samba-Panza adlı xanım seçilib. O, prezident seçilənə qədər paytaxt Banqa şəhərinin meri idi. Səsvermə MAR-ın parlamentində ötən gün keçirilib. Seçki iki mərhələdən ibarət olub. Deputatların 75 nəfəri Ketrin Samba-Panzanın lehinə, 53 nəfər isə əleyhinə səs verib. Ketrin Samba-Panza ölkə tarixində ilk qadın prezident olub. Onun seçilməsi ölkənin xristian döyüşçüləri arasında rəğbətlə qarşılanıb. Mərkəzi Afrika Respublikasının sabiq prezidenti Mişel Cotodiya yanvarın 10-da öz vəzifəsindən istefa verib. Prezidentin bu addımı atmasına səbəb ölkəsində baş verən dini zəmindəki toqquşmalardır. 

 

Mənbə: Milli.Az

21 yanvar 2014
GO BACK