Qadin.NET / Gəlin qucaqlaşaq

Gəlin qucaqlaşaq

 

21 yanvar tarixi bütün dünyada Qucaqlaşma Günü kimi qeyd olunur. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Beynəlxalq Qucaqlaşma Gününün (International Hug Day) əsası 1986-cı ildə ABŞ-da qoyulub. Sonradan bütün dünyada yayılıb. Ənənəyə əsasən, bu gün hətta tanış olmayan insanları da dostcasına qucaqlamaq olar. 
 Bu günün ideya müəllifi də bilinmir. Deyilənə görə, bu bayramın təşəbbüskarları tələbələr olub. 

Məhz həmin gün oğlanlar və qızlar heç bir intim maraq olmadan bir-birlərini qucaqlayırdılar. 
Psixoloqlar qucaqlaşmağı faydalı məşğuliyyət hesab edirlər. Onlar hesab edirlər ki, qucaqlaşan insanlar təhlükəsizlik duyğusu, komfort və sevgi hissi yaşayırlar. 

Qucaqlaşmanın faydaları
Qucaqlaşmaq ilk növbədə psixoloji sağlamlıq üçün xeyirlidir. Belədə insan özünü instinktiv olaraq təhlükəsizlikdə hiss edir və bunun nəticəsində əhval-ruhiyyəsi yüksəlir.
Fiziki sağlamlıq baxımından insan nə qədər çox qucaqlaşarsa, bir o qədər də onun immuniteti güclənər, əsəb və endokrin sisteminin işləməsi yaxşılaşar. Həmçinin qucaqlaşmaq qanda hemoqlobinin səviyyəsinin normallaşmasına kömək edir.
Aparılan bir çox araşdırmaya görə, qucaqlaşmanın stress səviyyəsini saldığı və ruh halını hər şeydən çox yaxşılaşdırdığı isbat edildi. North Carolina Universitetində edilən araşdırmada, stress altındaykən ifraz olunan kortizol hormonunun ən az 20 saniyə davam edən bir sarılmadan sonra təcrübə aparılanlarda (xüsusilə də qadınlarda) düşdüyü kəşf edilib.

Eyni araşdırmanın nəticələrinə görə, qucaqlaşmaq oksitosin adlı bağ qurma və sarılma hormonu olaraq da bilinən hormonu çıxarmamızı təmin edir və sevgi və əhəmiyyət vermə duyğularını hərəkətə keçirir. Bəzi işlərə görə qan təzyiqini də salır. Hətta qan testləri edilərkən körpələrə sarılsanız, ürək atışları sakitləşir və daha az ağlayırlar. Yəni qucaqlaşmaq infarkt daxil bir çox xəstəliklə əlaqəli olan qan təzyiqi üçün də yaxşı olduğundan sağlamlığımızı da qoruyan bir davranış şəklidir əslində.

Mənbə: Milli.Az

21 yanvar 2014
GO BACK