Qadin.NET / Türk zabitlər Azərbaycana gəliblər

Türk zabitlər Azərbaycana gəliblər

 

Türkiyə Jandarm Komandanlığının yüksəkrütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Tred-in məlumatına görə, nümayəndə heyətinə Türkiyə Jandarm Komandanlığının Baş Kadrlar və Planlaşdırma-Prinsiplər idarələrinin zabitləri daxildir.Türkiyə hərbçilərindən ibarət nümayəndə heyətinə polkovnik Bekir Üzelrəhbərlik edir.

Türkiyəli qonaqların daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin digər rəsmi şəxsləri ilə görüşləri planlaşdırılır.
Görüşlərdə mövcud əməkdaşlığın hazırkı səviyyəsi, eləcə də əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Mənbə: Milli.Az

21 yanvar 2014
GO BACK