Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrənin yeni seçilmiş Prezidenti Didier Burkhalter ilə görüşüb.Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını İsveçrə Prezidentinə çatdıran səfir Əkrəm Zeynallı Didier Burkhalteri prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə Prezidenti onun da səmimi salamlarını İlham Əliyevə çatdırmağı xahiş edib.
İsveçrə Prezidenti Didier Burkhalter 2014-cü ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq və müvəffəqiyyətlər arzulayıb.
Mənbə: Milli.Az