Qadin.NET / Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür

Şərqdə ilk opera bəstələyən azərbaycanlı xanımın doğum günüdür

 

Bu gün Şərqin ilk qadın opera bəstəkarı olan Şəfiqə Axundovanın 90 illik yubileyidir. Şəfiqə Qulam qızı Axundova 1924-cü il yanvar 21-də Şəkidə anadan olub. 

Anspress yazır ki, atası Axundov Qulam Bağır oğlu dövrünün ziyalısı və dövlət işçisi olub. Şəki mahalının sayılıb-seçilən Axundovlar ailəsində böyüyüb.
İlk təhsilinə Şəki şəhərindəki 6 saylı orta məktəbdən başlayıb. Lakin atasının işi ilə əlaqədar olaraq ailəsi Bakıya köçüb və təhsilini Bakıda 6 saylı orta məktəbdə davam etdirib.
1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib.
Məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun tələbəsi olmuş xanım Axundova 1972-ci ildə yazdığı "Gəlin qayası" operası ilə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınıb.
Axundova 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adını, 2004-cü ildə isə "Şöhrət" ordeni alıb. İndiyə qədər onun beş yüzdən çox əsər - lirik mahnı və romans, uşaq tamaşalarının musiqiləri bəstələdiyi deyilir.
Əsərləri: "Gəlin qayası" operası; "Ev bizim, sirr bizim" operettası; BSO üçün süitalar; xor üçün silsilələr; 300-ə yaxın mahnı və romans. Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr "Aydın", "Əlvida, Hindistan!", "Nə üçün yaşayırsan?" və s. Uşaq tamaşalarına musiqinin "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox populyardır. Şəfiqə Axundova uzun sürən xəstəlikdən sonra 26 iyul 2013-cü ildə 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK