Qadin.NET / Vanessa Mey Olimpiadada yarışacaq

Vanessa Mey Olimpiadada yarışacaq

 

Dünyaca məşhur skripkaçı Vanessa Mey Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında Tailandın Olimpiya yığmasının tərkibində çıxış edəcək. O, nəhəng slalomla yarışacaq. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı Mey Britaniya vətəndaşıdır.
 "Britaniyanın Olimpiya yığmasının heyətinə düşmək şansım yoxdu. Atam Tailanddan olduğuna görə həmin ölkənin yığmasına məni götürdülər", - Mey deyib.
 Uşaqlıq yaşlarından xizəkdə sürüşən Vanessa bir sıra yarışlara Vanessa Vanakorn kimi qatılıb.
O, Sloveniyada nəhəng slalom üzrə keçirilən 4 təsnifat yarışında iştirak edərək Tailandın Olimpiya yığmasında yer alıb.
Skripkaçının meneceri Cayls Hollandın dediyinə görə, Vanessa çətinliklə də olsa, niyyətinə çatıb.
Sloven idmançı Marko Rudolf isə Vanessa Meyin qeyri-rəsmi təsnifat yarışlarından keçdiyini deyib.
Beynəlxalq Olimpiya Təşkilatının qaydalarına görə, dünyanın ən yaxşı 500 xizəkçisi arasında yer almayan idmançı bir neçə təsnifat mərhələsinə qatılaraq Olimpiadada iştirak etməlidir. Bunun üçün həmin idmançının 4 yarışda ən azı 140 bal yığması yetərlidir.
Mənbə: Milli.Az

 

21 yanvar 2014
GO BACK