Milan “İnter”inin ulduz futbolçusu Dieqo Milito karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “Trabzonspor” 34 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Məlumatlara görə, zədə səbəbindən cari mövsüm ancaq 6 oyunda forma geyə bilən argentinalı forvard da İtaliya klubundan ayrılmaq fikrindədir. Onun Qara dəniz təmsilçisinin təklifinə isti münasibət bəslədiyi deyilir.Qeyd edək ki, Milito ümumilikdə “İnter”lə 160 matça çıxıb və 75 qol vurub.
Mənbə: Milli.Az