“Udar” partiyasının lideri Vitali Kliçko bu gün prezident Viktor Yanukoviçlə danışıqlar aparmağa gedəcək. Anspress-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kliçko özü Kiyevin “Avromaydan”ındakı brifinqində bildirib.
O, Yanukoviçin ona vəziyyəti yoluna qoyacağı haqqında söz verdiyini deyib. Amma yerinə yetirməyib. Buna görə də “Udar” partiyasının lideri xüsusilə müxalifətin bu gün irəli sürdüyü 5 tələbini yerinə yetirməsinə cavab almaq üçün yenidən prezidentin yanına gedəcək.
Bundan başqa, Kliçko bildirib ki, onda olan məlumata görə, “Berkut” döyüşçüləri ya bu gün, ya da sabah Qruşevski küçəsindəki aksiyanı dağıtmağı planlaşdırırlar. Buna görə də siyasətçi güc əməliyyatında iştirak etməyən hər kəsi Maydana getməyə çağırır.
Kliçko qeyd edib ki, münaqişənin güc yolu ilə həlli qəbuledilməzdir. Ancaq aksiyaçılara güc hələ lazım olacaq - 2015-ci il seçkilərinə görə.
Mənbə: Milli.Az