Ötən ilin əvvəllərində xəbər vermişdik ki, Qaradağ rayonunun Sahil qəsəbəsində, Bakı-Ələt yolunun üzərində yeni yol ötürücüsü tikilir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, artıq həmin obyekt hazırdır və istifadəyə verilib. Körpü nəqliyyat vasitələrinin yerli müəssisəyə daxil olması üçün nəzərdə tutulub. Bu yol ötürücüsü nəqliyyatın hərəkətini rahatlaşdıracaq və təhlükəsizliyi gücləndirəcək. Yol ötürücüsünün uzunluğu 60 metrdən çoxdur. Eni 20 metrdən artıq, zolaqların sayı isə 2 ədəddir.
Mənbə: Milli.Az