Qadin.NET / Kraliça səlahiyyətlərini şahzadə Çarlza verir

Kraliça səlahiyyətlərini şahzadə Çarlza verir

 

Kraliça səlahiyyətlərini şahzadə Çarlza verir

Britaniya kral ailəsinin işlərinə 88 yaşlı kraliça II Yelizaveta başçılıq etməkdədir. Lent.Az-ın «MirrorOnline»-ə istinadən məlumatına görə, bununla kraliçanın oğlu şahzadə Çarlz da Bukingehm sarayının işlərinin idarə olunmasında rolu artmaqdadır. Mənbə bildirib ki, kraliça hakimiyyət səlahiyyətlərinin bir hissəsini 65 yaşlı Çarlza verməyə hazırlaşır. Britaniyalı mütəxəssislərin dəyərləndirməsinə əsasən, sarayda «varisliyin tədricən ötürülmə» prosesinə hazırlıq gedir. Saray cəmiyyəti və ona yaxın olanlar bunu «ən müdrik və təbii» hal sayır. Mənbə xatırladıb ki, ötən ilin payızında Çarlzın xanımı hersoginiya Kamilla ərinin taxt-taca yiyələnməsi müddətinin uzun sürməsindən şikayətlənərək, qalmaqla yaratmışdı. İngilis mətbuatının yazdığına görə, o, bildirmişdi ki, əgər ərinin taxta oturması gecikərsə, Çarlzdan boşanacaq. Bundan sonra ona daha çox ictimai iş veriblər, habelə hersoginiya kütlə qarşısında tez-tez görünməyə başlayıb

 

Mənbə: Lent.Az

 

21 yanvar 2014
GO BACK