Qadin.NET / Futbolda yenilik: kartların sayı arta bilər

Futbolda yenilik: kartların sayı arta bilər

 

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) baş katibinin sabiq müavini, federasiyanın rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüş Jerom Şampan hakimlər üçün narıncı vərəqənin tətbiqini zəruri sayır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya mətbuatı yazır.
 Futbolda qırmızı vərəqə hakim tərəfindən futbolçuya xüsusilə kobud qayda pozuntusu, idmançıya yaraşmayan hərəkətlərə görə verilir. Sarı vərəqə isə xəbərdarlıq deməkdir.
Bundan başqa, J.Şampan hesab edir ki, narıncı vərəqə tətbiq etmək lazımdır. Bu vərəqə meydandan qovulmaya səbəb olmayan qayda pozuntusu zamanı göstəriləcək. Belə ki, narıncı vərəqə futbolçuya sonuncu xəbərdarlıq olacaq.

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK