Qadin.NET / Televizor uşaq beyninə təsir edir

Televizor uşaq beyninə təsir edir

 

Yaponiya alimlərinin fikrincə, televizora çox baxmaq uşaq beyninin fəaliyyətinə xoşagəlməz təsir göstərir. 
 Milli.Az azvision.az-a istinadən xəbər verir ki, onlar qeyd ediblər ki, vaxtının çoxunu televizor qarşısında keçirən uşaqların beynində qan laxtalanması, verbal-intellektual qabiliyyətlərin azalması ilə müşahidə olunur. Bu barədə yapon alimləri bir neçə həftə öncə keçirdikləri tədqiqatlara əsasən, məlumat veriblər.

Yaponiya alimlərinin tədqiqatlarında 5 yaşdan 18 yaşadək uşaqlar iştirak edib. Təcrübə zamanı onlar hər gün televizor qarşısında 2 saatdan çox olmayaraq vaxt keçirirdilər.
Beyin fəaliyyətlərində ən çox dəyişiklik gündəlik televiziya qarşısında 4 saatdan çox vaxt keçirən uşaqlarda qeydə alınıb. Mütəxəssislərin fikrincə, uşaqların hansı televiziya proqramını izləməsinə diqqət yetirmək lazımdır. Əgər uşaq təhsil barədə proqrama baxırsa, bu, ona müsbət təsir göstərəcək

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK