
Dünyanın ən məşhur neyrobioloqlarından olan professor Dik Svaab "We are our brains" kitabında hamiləliklə bağlı maraqlı iddialara yer verib.
Tanınmış professorun fikrincə, hamilə qadınlar bətnlərində övlad daşıdıqları zamanı siqaret, spirtli içki və ya narkotik maddələrdən yararlansalar, onların dünyaya gətirəcəkləri uşağın homoseksual və ya biseksual olması ehtimalı dəfələrlə artır.
Amsterdam Universitetində çalışan Dik Savab hamilə qadınların çirkli hava və nəqliyyat vasitələrinin gur olduğu yerdə yaşadığı, çalışdığı müddətin doğulacaq uşağa çox pis təsir etdiyini də yazıb: "Belə anaların doğduqları uşaqlarda autizm riski artır, onların İQ səviyyəsi aşağı olur. Ümumiyyətlə, beyinin inkişafı elə bir həssas dövrdür ki, hamiləlik zamanı qadının yediyi və təbii olmayan istənilən qida bətndəki uşağın beynini dəyişə bilər".
Mənbə: Milli.Az