Günəşin 4.6 milyard yaşında olduğu güman edilir. Günəşin həcmi 1 milyon 392 min 684 kilometrdir.
Günəş dünyadan 333 min dəfə ağırdır - 1,989,100,000,000,000,000,000 kq.
Onun səhtindəki temperatur 5500, nüvəsindəki isə 15,6 mln dərəcədir. Günəş sisteminin ən böyük planeti Yupiterdir.
Güneşin içinə 1 milyon dünya boyda planet sığa bilər.
Günəş 4,6 milyard il ərzində topladığı hidrogenin yarısını yandırıb. Onun ehtiyatı daha 5 milyard ilə çata bilər.
Günəşin 75 faizi hidrogen, 25 faizi isə heliumdur. Dünyanın əksinə olaraq Günəşin səhti qazdan ibarətdir.
Günəş şüaları yerə 8,44 dəqiqəyə çatır. Günəş dünyaya ən yaxın ulduzdur.
Dünya ilə Günəş arasındakı məsafə ilk olaraq 3-cü əsrdə hesablanıb. Əldə edilən 149 milyon km məsafə bu gün əldə edilən rəqəmlə, demək olar ki, eynidir.
Ehtimallara görə, dünyanın sonu 5 milyard ildən sonra gələcək. Günəş yandırmaq üçün hidrogeni bitdikdə, helium yandıracaq. Ortaya çıxan temperatur üzündən 250 dəfə böyüyəcək və Merkuri ilə Veneranı udacaq.
Bu böyümə yerə də təsir edəcək.
Mənbə: Milli.Az