Ferrari 375 Plus dövrünün ən sürətli idman avtomobillərindən biri idi. İtaliyanın Ferrari avtomobil konserninin 1950-ci ildə istehsalına başladığı bu avtomobil 4,9 litr həcmli 12 silindrli mühərrikə malikdir və 282 km/saat kimi maksimal sürətə malikdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, nadir Ferrari avtomobili Bonhams hərracında 10 milyon funt-sterlinq təki ilkin qiymətə satılacaq. Bu isə yeni dünya rekordudur.
Ferrari 375 Plus avtomobili 1954-cü ildə La Manş və Silverstoun rallilərində finişə birinci çatmışdı.
Satışa çıxarılmış Ferrari 375 Plus-da Umberto Malyoli Meksikada, Carrera Pan-Americana rallisində qalib gəlmişdi.Çoxsaylı kolleksionerlərin əlindən keçən bu maşını əfsanəvi Enso Ferrarinin yaxın dostu Jak Suoters 1990-cı illərdə satın almışdı.
Hərrac iyunun 27-də İngltərənin Qərbi Sasseks qraflığındakı Çiçester şəhərində keçiriləcək.
Mənbə: Milli.Az