Gündəlik vərdişlərinizdə edə biləcəyiniz bəzi dəyşiliklər döş xərçəngindən qorunmağınıza kömək edəcək. Ailəm.az döş xərçəngindən qorunmağın 10 təsirli yolunu təqdim edir.
1. Spirtli içkidən uzaq olun
Araşdırmalara əsasən, spirtli içki içən qadınlarda döş xərçənginə yoluxma riski daha çoxdur. Nə qədər içki içsəniz, bu xəstəliyə yoluxma riskiniz də bir o qədər artıq olacaq. Gündə 2-5 qədəh içki içən qadınlarda bu risk içməyənlərlə müqayisədəd 1.5 dəfə artıq olur.
2. Siqaretdən imtina edin
Araşdırmaçılar erkən yaşlardan siqaret çəkən qadınlarda döş xərçənginə yoluxma riskinin yüksək olduğunu bildiriblər. Siqaretin yalnız döş xərçənginə deyil, ağciyər xərçənginə də səbəb olduğunu bilməlisiniz.
3. Aktiv olun
Aktiv həyat xəstəlikdən qoruyur. Piyada gəzən qadınlarda döş xərçənginə yoluxma riski 18% azalır. Piyada gəzinti çəkini də nəzarətdə saxlayır. Həkimlər həftənin ən azı 5 günü, gün ərzində 45-60 dəqiqəlik piyada gəzintini məsləhət görür.
4. Genetik keçən döş xərçəngi
Əgər ailənizdə yaxınlarınızdan kimdəsə döş xərçəngi varsa, həkim müayinəsindən keçməlisiniz. Ana, ya da bacınızda döş xərçənginin olaması sizdə də bu xəstəliyin mütləq olması anlamına gəlmir. Ancaq hər ehtimala qarşı testlərdən, müayinədən keçməyiniz daha doğru olar.
5. Uzun müddət davam edən hormonal müalicədən uzaq durun
Mütəxəssislər uzun müddətlik hormonal müalicənin döş xərçəngilə əlaqəli olduğunu bildirirlər. Çoxlu sayda hormonal dərmanların qəbulunu tərgitdikdən sonra 5 il ərzində bu risk azalır. Menopauza sonrası hormonal müalicə zamanı bu riskin artma ehtimalı var.
6. Müntəzəm olaraq müayinədən keçin
Hər ay aparılan döş xərçəngi müayinəsi riski azaltmasa da, xəstəliyin erkən təyin olunmasına imkan yaradır. Diqanoz nə qədər tez qoyularsa, müalicə də bir o qədər qısa və faydalı olar.
7. Yağdan az istifadə edin
Yemək bişirərkən yağdan az istifadə edin. Bu, çəkiyə faydalı olmaqla yanaşı, döş xərçəngi riskini də azaldır. Yağın tərkibində esterogen hormonu artıq olduğundan menopauza dövründən sonra vaxtilə çox yağlı yeyənlərdə xəstəlik riski daha da artır. Vücudunuzun yağ səviyyəsini nəzarətdə saxlamaqla xərçəngə yoluxma riskiniz də azalacaq.
8. Mamoqrafiya müayinəsini unutmayın
Mamoqrafiya müayinəsi vacibdir. Şişin düyünə çevrilməsindən öncə diaqnoz qoyulmasına kömək edir.
9. Erkən yaşda ana olmağa çalışın
Sonsuzluq, ya da gec yaşda ana olmaq döş xərçəngi riskini artırır.
10. Uşağınıza bacardığınız qədər uzun müddət süd verin
Övladınıza süd verdiyiniz zaman aylıq aybaşı dönəmində hormonal aktivlik yaşandığından döş xərçəngi riski azalır.
Mənbə: Milli.Az