Qadin.NET / Suriya müxalifəti sülhdən boyun qaçırır?

Suriya müxalifəti sülhdən boyun qaçırır?

Suriya milli koalisiyası "Cenevrə 2" sülh konfransında iştirakına yenidən baxa bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, buna səbəb İran nümayəndə heyətinin də konfransa dəvət almasıdır. Müxalifət BMT baş katibindən tələb edir ki, İran nümayəndə heyətini geri göndərsin. Bu barədə Milli Koalisiyanın nümayəndəsu Luay Safi deyib. Sülh konfransı yanvarın 22-də İsveçrənin Montre şəhərində keçiriləcək. Pan Gi Mun İrana da konfransda iştirak üçün dəvət göndərib. BMT baş katibi əmindir ki, İran tərəfi konfransda pozitiv və konstruktiv mövqe sərgiləyəcək. Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011-ci ildə başlayan münaqişə nəticəsində 130 min nəfər həlak olub. 2,4 milyon insan öz evindən didərgin düşüb. 

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK