Adətən dünyada yanvar ayının 3-cü bazar ertəsi ilin ən kədərli günü sayılır. Bu il bu tarix yanvar ayının 20-nə düşüb. Anspress yazır ki, psixoloqların fikrinə görə, məhz bu gün insanlar daha depressiv olurlar. Britaniyanın Kardiff universitetinin psixoloqu Klif Arnellgünün əhval-ruhiyyəsi ilə bağlı xüsusi formul hazırlayıb.
Bu günün ən depressiv gün olması bir neçə faktorla əlaqələndirilib. Bunlar - pis hava, bayramların bitməsi, həftənin əvvəlli, gərgin iş həftəsinin başlaması və sairdir.
Əcnəbilər bu günü "Blue Monday" adlandırırlar. Burada "blue" sözü - kədərli, melanxolik mənalarında istifadə edilir.
Mənbə: Milli.Az