Qadin.NET / ABŞ yenidən İraqa qayıdır

ABŞ yenidən İraqa qayıdır

 

İraqın Ənbar əyalətində ordu ilə tayfa birlikləri arasında yaşanan qarşıdurmalar davam edərkən, bir yandan da köhnə işğalçı ABŞ-ın bu ölkəyə qayıdacağı ifadə olunub. Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, Pentaqon sözçüsü Stiv Varren ABŞ Müdafiə Nazirliyinin İraqa kiçik silah-sursat göndərməyə hazırlandığını bildirib. Varren həmçinin, İraqa birbaşa, ya da İordaniya kimi qonşu bir ölkədə yaradılacaq təhsil düşərgəsi vasitəsiylə əsgər göndərmə mövzusunun müzakirə edildiyini deyib. Bu plan reallaşsa, 2011-ci ildə bitən işğaldan sonra ABŞ-ın hərbi təhsilli dəstələri İraqa ilk dəfə geri qayıtmış olacaq. 

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK