Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) icbari hərbi xidmət tətbiq olunacaq. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, BƏƏ prezidenti, Əbu-Dabi əmiri şeyx Xəlifə ibn Zaid əl Nahayan müvafiq qanunun hazırlanması ilə bağlı hökumətə tapşırıq verib. Qanun qəbul olunacağı təqdirdə, BƏƏ-nin bütün kişi vətəndaşları hərbi xidmət keçəcəklər. 18 yaşdan 30 yaşa qədər hər kəs üçün hərbi hazırlıq məcburi xarakter daşıyacaq. Qanun qəbul olunduqdan sonra orta məktəbi bitirənlər 9 ay müddətinə hərbi xidmət keçəcəklər.
Mənbə: Milli.Az