Qadin.NET / Bakının bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb

Bakının bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb

 

20 Yanvar - Ümummilli Matəm günü ilə əlaqədar Bakının bəzi yollarında avtomobillərin hərəkəti qadağan edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bu gün səhər saat 08:00-dan Mikayıl Müşviq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 BŞDYPİ sürücüləri matəm mərasimi bitənədək şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırır.

Mənbə: Milli.Az

20 yanvar 2014
GO BACK