Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə duman olacaq. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Temperatur gecə 10-15°, bəzi yerlərdə 18° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı ehtimalı var. Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın yağıntılı olacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 4-1° şaxta, gündüz 5-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 2-3° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-2° isti təşkil edəcək.
Mənbə: Mİlli.Az