Qadin.NET / Uşağa süd vermək inadcıl mərəzdən qurtarır

Uşağa süd vermək inadcıl mərəzdən qurtarır

 

 

Qadınların uşaqlarını əmizdirməsi onlarda artritin yaranmasının qarşısını alır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 50 və daha yuxarı yaşlı 7000 çinli qadının müayinəsi göstərib ki, uşağa uzun müddət süd vermək revmatoid artritə yoluxmanı önləyir. Alimlər onlardan hamilə olmaları, əmizdirmələri, kontraseptiv qəbul edib-etmədikləri barədə soruşublar. Həmin qadınların əksəriyyətinin ən az 1 uşağı olub. Onlardan 95%-i uşağını ən az 1 ay əmizdirib. Yalnız 11%-i kontraseptivdən istifadə edib, özü də çox az müddətə. İlk hamiləlik yaşının orta göstəricisi 24 yaş olub, artritin aşkar olunması yaşı isə təxminən 47,5 yaşa təsadüf edib. Qadınların uşaqlarına süd verdiyi dövr nə qədər uzun olubsa, artritə tutulmaq riski də o qədər az olub. Kontraseptivlər isə xəstəlik riskinə heç bir təsir göstərməyib. Bundan çıxış edərək alimlər artritlə hormonların arasındakı münasibəti öyrənməyə çalışırlar. Çünki ümumiyyətlə uşağına süd verməyən qadınlara nisbətdə uşaqlarını əmizdirən qadınlarda artrit daha az müşahidə olunub.

Mənbə: Milli.Az 

19 yanvar 2014
GO BACK