Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən yanvarın 17-də tarixdə baş verən hadisələrə nəzər salır.
 Miladi: 19 yanvar 2014

Hicri: 18 rəbiul-əvvəl 1435
İlin 19-cu günü
İlin sonuna 346 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.45 
Günəş - 07.59 
Zöhr - 12.55
Əsr - 15.45
Məğrib - 17.58

İşa - 19.18
1629 — Səfəvi hökmdarı I Şah Abbas vəfat edib. 
1728 — Rus çarı II Pyotr başda özü olmaqla hakimiyyət orqanlarını Peterburqdan Moskvaya köçürüb
1736 — Buxar maşınının müəllifi ingilis mühəndis Ceyms Uatt dünyaya gəlib. 
1806 — Britaniya Ümid Burnunu işğal edib.
1809 — amerikalı yazıçı Edqar Po anadan olub. 
1853 — Romada Cüzeppe Verdinin "Trubadur" operasının ilk tamaşası keçirilib
1903 — İlk dəfə "Tour de France" velosiped yarışına start verilib
1920 — Fətəli xan Xoyski Rusiya Federasiyası xarici işlər naziri Çiçerinə verdiyi cavabda göstərib: "Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir".
1924 — Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib.
1931 — Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başlayıb. Qurultay işini 25 yanvarda başa çatdırıb
1938 — "General Motors" dünyada ilk dəfə dizel mühərriklərin kütləvi istehsalına başlayıb.
1944 — Sovet qoşunları Novqorodu azad edib.
1945 — Sovet qoşunları Polşanın Krakov şəhərini azad edib.
1946 — İran BMT-dən SSRİ-nin onun daxili işlərinə qarışmamasını xahiş edib.
1954 — müğənni, aktrisa Keti Saqal anadan olub. 
1963 — müğənni Şəbnəm Tapdıq anadan olub. 
1965 — "Naxçıvan", "Boksitoqorsk", "Sevsk" və "Sebej" balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak olub.
1966 — İndira Qandi Hindistanın baş naziri seçilib
1976 — aktrisa Marşa Tomasson anadan olub. 
1978 — aktyor Tyaqo Laserda anadan olub. 
1986 — İspaniya İsraili tanıyıb.
1990 — Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib. 
Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib.
Saat 19.27. Xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb
Saat 20.00. SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib.
Saat 23.00. Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb.
1991 — Səddam Hüseynin göstərişi ilə Fars körfəzinə 800 000 tondan artıq neft axıdılıb.
1992 — Referendumda Cənubi Osetiya əhalisinin 99%-i bölgənin Gürcüstanın tərkibindən çıxmasına səs verib.
1993 — İsrail Fələstin Azadlıq Təşkilatını tanıyıb.
1993 — Azərbaycan Respublikası Qırğızıstan ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Rus qoşunu Qroznıdakı prezident sarayını ələ keçirib.
2001 — Avstraliyada virtual seks üçün robot patentləşdirilib.
2009 — Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb.

Mənbə: Milli.Az

19 yanvar 2014
GO BACK