2. Onkoloji xəstəliklərin profilaktikası üçün sarımsaq ən yaxşı vasitədir.
3. Selen və digər vitaminlərlə zəngin olan sarımsaq kişi sağlamlığı və potensiyanın gücləndirilməsində olduqca dəyərlidir.
4. Sarımsaqdan istifadə infarkt riskini azaldır.
5. Ürək-damar sistemi üçün çox faydalı olan sarımsaq damarlarda tıxacların yaranmasının qarşısını alır.
6. Qan təzyiqi yüksək olanlar üçün sarımsaqdan istifadə məsləhətdir. O damarları genişləndirir, qan təzyiqini aşağı salır.
7. Sarımsaq zəngin olan tərkibi ilə bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.
8. Sarımsaq ödqovucu xassəyə malikdir.
9. Tərkibində B1 vitamininin olması ilə sarımsaq sinir siseminin normal fəaliyyəti üçün də faydalıdır.
10. Antitoksik xassəyə malik sarımsaqdan orqanizmin zərərli maddələrdən təmizlənməsində də istifadə olunur.
11. Mütəmadi sarımsaqdan istifadə etməklə damaq xəstəlikləri problemlərindən yaxa qurtarmaq mümkündür.
12. Hamilə qadınlar və mədə xorası xəstəliyi olanlar sarımsaqdan istifadəyə məhdudiyyətlə yanaşmalıdırlar.
Təbii ki, sarımsağın bu qədər faydalı olmasını düşünəndə, ondan davamlı olaraq istifadə etmək istəyəndə hamını bir məsələ narahat edir. Bu da sarımsağın xoşagəlməz qoxusudur. Ancaq buna görə narahat olmağa dəyməz. Sarımsaqdan istifadə etdikdən sonra bir stəkan süd içmək, və ya cəfəri çeynəmək, yaxud da bir dilim limon yemək sizi bu problemdən azad edəcək. Odur ki, sağlamlığınızın qayğısına qalın, uzunömürlü olmaq üçün sarımsaqdan istifadə edin. Qripin tüğyan etdiyi bu günlərdə hamınıza sarımsaq yemək məsləhət görülür...
Mənbə: Milli.Az