Qadin.NET / Dünyanın ən bahalı futbolçuları: 100 milyon nədir ki...

Dünyanın ən bahalı futbolçuları: 100 milyon nədir ki...

 

Dünyanın ən bahalı futbolçularının ənənəvi reytinq cədvəli açıqlanıb. Siyahı Braziliyanın “Pluri Consultoria” şirkəti tərəfindən tərtib olunub. Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, siyahının ilk pilləsində İspaniyanın “Barselona” komandasının argentinalı futbolçusuLionel Messinin adı gəlir. Leo 138,1 milyon avro göstərici ilə birincidir.

İkinci yeri isə Messinin əzəli rəqibi -  “Real”ın (Madrid) portuqaliyalı forvardıKriştianu Ronaldu tutur - 107,3 milyon avro. Siyahıda üçüncü yer də “Real”ın futbolçusuna məxsusdur. Madrid klubunun uelsli futbolçusu Qaret Beyl 71,3 milyon avro ilə ilk üçlüyü qapayır.
Maraqlıdır ki, “Bavariya” (Münhen, Almaniya) və Fransa yığmasının ulduzuFrank Riberinin adı heç ilk onluğa da düşməyib. O, 26-cı yerdə qərarlaşıb. PSJ (Fransa) klubunun və İsveç yığmasının oyunçusu Zlatan İbrahimoviçin adı isə ümumiyyətlə siyahıda yer almayıb.

Mənbə: Milli.Az

19 yanvar 2014
GO BACK