
İtalyan kişilərin qadınlarda ən zəhləsi gedən xüsusiyyət qısqanclıqdır.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu yaxınlarda italyan kişilər arasında qadınlarda bəyənmədikləri xüsusiyyətlər barədə sorğu keçirilib. Nəticələr çox maraqlı olub. İtalyanların bəzi xüsusiyyətlərinin azərbaycanlılara oxşar olduğunu nəzərə alaraq sorğunun nəticələrini müzakirənizə veririk.
Beləliklə, sorğu göstərib ki:
Kişilərin 30%-i qısqanclığı qadının ən pis xüsusiyyəti hesab edib.
Onlardan 22%-ni qırsaqqız xanımlar bezdirir.
Qadının öz şəxsiyyətinə daha çox diqqət yetirməsi kişilərin 17%-ni özündən çıxarır.
Kişilərin 9%-ni qadının qapalılığı itələyir.
Qadın hövsələsizliyi və paxıllığı isə kişilərin 5%-ni narahat edir.
Qadınların ən az qıcıqdoğurucu xüsusiyyəti isə şoppinq olub - cəmi 3%.
Həmçinin psixoloqlar qeyd ediblər ki, demək olar ki, bütün kişilər qadınların onların çatışmazlıqlarını düzəltmək həvəslərini əsl işgəncə sayıblar.
Bəs siz, əziz oxucular, necə fikirləşirsiniz? Bizim xanımların qıcıqlandırıcı xüsusiyyətləri hansıdır? Onların hansı pis vərdişinə göz yumardınız?
Mənbə: Milli.Az