Qadin.NET / "Baku Fires" Qazaxıstan komandasına qalib gəldi

"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi

 

Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında növbəti ev qarşılaşmasını inamlı qələbə ilə başa vurub. Komandamız Quba Olimpiya Kompleksində keçirdiyi qarşılaşmada Qazaxıstanın “Astana Arlans” kollektivini  4-1 hesabı ilə məğlub edib. Milli.Az Regional TV-yə istinadən bildirir ki, ilk döyüşdə Elvin Məmişzadə (52 kq) qazaxıstanlı rəqibi İlyas Süleymanova qalib gəlib.  Ardınca 60 kq çəkidə təmsilçimiz Albert Səlimov Samat Başenovu məğlub edib. 3-cü döyüşdə də "Baku Fires"in boksçusu qalib gəlib. Komandamızın üzvü Yevgeni Romaşkeviç (69 kq) gərgin keçən qarşılaşmada Meirim Nursultanovu məğlub edib.  81 kq çəkidə yarışan boksçumuz Samir Məmmədov isə  “Astana Arlans” klubunun iranlı legioneri Ehsan Rouzbahaniyə uduzub. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Hacı Murtuzəliyevson döyüşdə təcrübəli rəqibi Ruslan Mırsatayevi məğlub edib. Beləliklə "Baku Fires" ümumi hesabda Qazaxıstanın “Astana Arlans” kollektivinə  4-1 hesabı ilə qalib.

Mənbə: Milli.Az

 

19 yanvar 2014
GO BACK