Pekindəki Fu Vay hospitalı ürəyin yanında üzü qara olan qəhvəni təmizə çıxarıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qəhvənin və energetik içkilərin tərkibindəki kofein işartılı aritmiyanın qarşısını almaqda kömək edə bilər. 228465 nəfəri tədqiq etdikdən sonra bu nəticə alınıb. İşartılı aritmiya bunlardan 1,9%-də təsbit olunub. Məlum olub ki, həm az, həm də çox dərəcədə kofein qəbul edərkən xəstəliyin inkişafı yavaşıyır. Daha dəqiqi, hər gün kofein qəbulunu 300 mq artırdıqca işartılı aritmiya riski 6% azalıb. Olu bilsin ki, bu, kofeinin fibroz əleyhinə xüsusiyyəti ilə əlaqədardır. O, boy faktorunu transformasiya edən beta-siqnalın ötürülməsinə birbaşa təsir edir. Beləliklə, qaraciyər fibrozu azalır. Deməli, kofein ürək fibrozunun da qarşısını ala bilər. Başqa bir ehtimal isə budur ki, kofeinli içkilərdə aritmiyanın qarşısını alan bitki birləşmələri var. Tam nəticə əldə etmək üçün isə əlavə tədqiqatlara ehtiyac var.
Mənbə: Milli.Az