Qadin.NET / Azərbaycanlı idmançılar 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazandılar

Azərbaycanlı idmançılar 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazandılar

 

Müşviq İsayevin xatirə turnirində güləşçilərimiz 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazanıblar. Azərbaycan Güləş Federasiyasından Anspress-ə verilən məlumata görə, 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 17-ci beynəlxalq turnir keçirilib.
Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan ümumilikdə 135 güləşçi birincilik uğrunda mübarizə aparıb. Azərbaycan təmsilçiləri ümumilikdə, 5 qızıl, 6 gümüş və 8 bürünc medala sahib olub və komanda hesabında ilk sırada qərarlaşıb. İran komandası ikinci, Qazaxıstan üçüncü olub.
Azərbaycanlı idmançılar 5 qızıl, 6 gümüş və 8 bürünc medal qazandılar
 
Mənbə: Milli.Az 

 

19 yanvar 2014
GO BACK