Bizlərdə deyirlər ki, uşaqsız ev susuz dəyirman kimidir. Amma xaricdə belə düşünmürlər. Məsələn, Britaniya Açıq Universtitetinin sosioloqları bununla bağlı sorğu keçiriblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, psixoloq və sosioloqların tərtib etdikləri sualları 5 min adam cavablayıb. Qadın və kişilərdən ailələrində xoşbəxtlik olub-olmadığını soruşublar. Cütlüklər düzgün cavab verməyə çalışıblar. Məlum olub ki, uşaqları olmayanlar özlərini hələ valideynlik hissini dadmayanlardan daha xoşbəxt hiss edirlər. Arqumentləri isə belə olub: uşağı olmayanlar bir-birlərinə daha çox vaxt ayırırlar. Bir-birlərini necə qiymətləndirdiklərini söyləməyə daha çox vaxt tapırlar. Birlikdə səyahət etmək, öz problemlərini bölüşmək imkanları var. Analar və atalar isə uşaqlara başları qarışdığından həyat yoldaşlarına lazımi qayğını göstərə bilmədiklərindən şikayət ediblər.
Sorğuda belə bir sual da vardı: "Nikahda nəyiniz çatmır?" Çoxlarının cavabı: "Qayğı və şəfqət olub". Məsələn, ərim mənə heç olmasa bir fincan çay gətirərdi… Ər və arvada romantika da qıtlıqdır: şam, musiqi, rəqs… Ən böyük yoxluq isə bir insani "çox sağ ol"dur.
Araşdırmada bir nüans da var: kişilərə və qadınlarda ayrı-ayrılıqda sual verəndə məlum olub ki, analar uşağı olmayan qadınlara nisbətdə özlərini daha xoşbəxt hesab ediblər. Kişilərdə isə əksinə olub: uşaqlılar uşağı olmayanlara az qala paxıllıq ediblər.
Ər-arvad niyə valideyn olmaq istəmir?
- Analar və nənələr tez-tez uşaqları böyütməyin çətinliyindən danışırlar: 40 dərəcə temperatur, yuyulmalı əskilər, yuxusuz gecələr… Xoşbəxtlik haradan olsun axı. Uşaqlar adamın qanını içir, belini bükür, rahat yaşamağa qoymurlar…
- İnsanlar uşaq vaxtı öz valideynləri ilə münasibətləri pis olduğundan təhtəlşüur olaraq öz uşaqlarının da həyatının ağır keçəcəyini düşünürlər. Bu səbəbdən də valideyn olmaqdan çəkinirlər.
- "Çayldfri" (uşaqsızlıq) indi dəbdir. Arabadakı uşaqla kimisə təəccübləndirməzsən, amma uşaqların qadınların intellektini korladığını məclisdə uca səslə söyləməklə çoxlarının kefini yüksəldə bilərsən. Yeri gəlmişkən, belə "çayldfri" həyat azarkeşləri ən yaxşı, ən qayğıkeş, ən səbirli valideyn olurlar.
- Ər-arvad üzərlərinə ömürlük məsuliyyət götürmək istəmirlər.
- Ər-arvad iqtisadi çətinliklərdən qorxurlar.
- Onlar fikirləşirlər ki, kimsə kömək etməyəcək: nənə yoxdur (yaxud işləyir), dayə bahadır, uşaq bağçasında yer yoxdur…
- Uşaq doğulandan sonra nikah dağılacaq…
Uşağın doğulması, həqiqətən, nikahda müəyyən böhran yaradır. İki nəfər birdən-birə üç olur. Həyat tərzi tamamilə dəyişir. Yeni insan özünə doğru hər şeyi çəkir: diqqəti, şəfqəti, qayğını, zamanı, gücü…
Qadınlar instinktiv olaraq buna daha hazırdırlar. Kişilər isə yox, fikirləşirdilər, bu insancıq yatacaq, oyananda gülümsəyəcək, sonra da şirin-şirin "ata" deyəcək. O isə çox aktivdir, gecə də bağırır, gündüz də, böyüdükcə az qala həftədə bir dəst paltar almalı olursan, evdə daim onun eşqinə şorba bişir, televizora tam hakim olur, ən azından bütün gün cizgi filmi göstərən kanalı dəyişəndə qiyamət qopur.
Çox şey valideynin özünün yetişdiyi ailədən asılı olur. Əgər ailədə uşaqların sayı çox idisə, uşaqlar özləri bir-birlərini saxlayırdılarsa, valideynlər onlara vaxt ayırırdılarsa, sonra səbirsizliklə nəvələrini gözləyirdilərsə, o zaman həm kişi, həm də qadın uşaq sahibi olmaq istəyəcəklər.
Bəs sizdə necədir? Uşaq evin yaraşığıdır, yoxsa baş bəlası? Uşaqsız ailə dəbinə necə baxırsınız? Nikahları doğrudanmı uşaqlar dağıdırlar?

Mənbə: Milli.Az