Qadin.NET / "Məhkəmənin qərarı siyasi yönümlüdür"

"Məhkəmənin qərarı siyasi yönümlüdür"

 

Türkiyədə 5-ci cəza dairə məhkəməsi “Fənərbağça” futbol klubunun danışılmış oyunlar ittihamı ilə həbs edilmiş prezidenti Əziz Yıldırım haqqında həbs qərarı çıxarıb. Milli.Az xəbər verir ki, anspress Türkiyə mətbuatına istinadən bildirir ki, Əziz Yıldırım indən belə 3 il 8 ay 15 gün həbsdə yatacaq. İndiyə kimi o, 1 il həbsdə olub. Eyni zamanda, o, “Fənərbağça” futbol klubunun prezidenti vəzifəsini də itirib. Qərarın siyasi yönümlü olduğunu bildirən Yıldırım isə onu tanımadığını və qərara qarşı heç bir sayğı duymadığını vurğulayıb. 

Mənbə: Milli.Az

18 yanvar 2014
GO BACK