Google korporasiyasının Google Moon proqramı Ayda qəribə obyekt aşkarlayıb.22042'38 0,46 N və 142034'44 0,52 E koordinatlarında yerləşən üçbucaqlı anomaliyanın yadplanetlilərin kosmik gəmisinə və ya Aydakı bazaya bənzədiyi vurğulanır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, analoji obyektin bir qədər əvvəl Antarktidada da tapıldığı deyilir.
Aydakı bu sirli obyekti WowForReeel nikli tədqiqatçı aşkarlayıb.7 işıqlı nöqtənin formalaşdırdığı üçbucaqlı obyektin nə olduğu hələ bilinmir.Paranormal aktivlikləri araşdıran ekspertlərin dediklərinə görə, bu obyekt ilə bağlı daha ciddi tədqiqatlar aparılmalıdır."Google Moon proqramında 22042'38 0,46 N və 142034'44 0,52 E koordinatlarında olan bu obyektin nə olduğunu bilmirəm. Sadəcə, onu görəndə təəccübləndim. Ümid edirəm ki, alimlər bu obyektin nə olduğunu tapa biləcəklər", - WowForReeed bildirib.
Mənbə: Milli.Az