Dünyanın ən böyük sosial şəbəkə saytlarından biri olan Twitter üzərindən online alış-veriş mümkün olacaq.Anspress “recode.net” saytına istinadən xəbər verir ki, istifadəçilərinə kredit kartıyla ticarət imkanı yaratmaq istəyən Twitter artıq bu iş üçün lazım olan baza fəaliyyətə başlayıb.Bu məqsədlə “Stripe” şirkəti ilə danışıqlara başlayan Twitter son mərhələyə yaxınlaşıb.Sistemin necə fəaliyyət göstərəcəyi isə sirr olaraq saxlanılır.
Mənbə: Milli.Az