“Xetafe” ilə İspaniya kuboku matçında zədələnən və 3 həftəlik sıradan çıxan “Barselona”nın ulduz futbolçusu Neymar maraqlı açıqlamalar verib. Apasport.az az saytının məlumatına görə, “goal.com”a danışan 21 yaşlı hücumçu bu il ölkəsi Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək deyə çox qorxduğunu bildirib:
“Xəsarət alanda çox qorxdum. Düşündüm ki, zədəm ciddidir və dünya çempionatı ilə bağlı planlar qurmağa başladım. Narahat olmayın. Mən yaxşıyam. Çalışıram ki, həkimlərin dediklərini yerinə yetirim və tezliklə yaşıl meydanlara qayıdım. Mənə bu çətin vaxtımda dəstək olan hər kəsə təşəkkür edirəm”.Qeyd edək ki, bu yay Braziliya “Santos”undan 50 milyon avroya Kataloniya təmsilçisinə keçən Neymar cari mövsüm 16 matça çıxıb və 6 qol vurub.
Mənbə: Milli.Az