Qadin.NET / "Vera məhəlləsinin musiqiləri" müzikli təqdim olunub

"Vera məhəlləsinin musiqiləri" müzikli təqdim olunub

 

Bakıda Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzlarının iştirakı ilə "Vera məhəlləsinin musiqiləri" ("Melodies of Vera District") müzikli Azərbaycan tamaşaçılarına cümə günü təqdim olunub. Bu barədə Trendməlumat verir.Tamaşada tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət, diplomatik missiyaların nümayəndələri olublar.1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış, musiqili komediya janrında olan "Vera məhəlləsinin musiqiləri" bədii filmi Gürcüstan və onun hüdudlarından kənarda böyük şöhrət qazanıb.Ölməz musiqi komediya - yeni interpretasiya alıb. Həmin filmin motivləri əsasında hazırlanan müziklə isə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.
 Məşhur müziklin mahnıları da dirijor - Nikoloz Raçvelinin müasir təfsirlərinə görə, məhz yeni səslənmə alıblar. Dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiya və xüsusi effektlərin bir-biri ilə mükəmməl vəhdət təşkil etdiyi səhnə əsəri Bakı tamaşaçılarına maraqlı anlar yaşadıb. Qeyd edək ki, Gürcüstanda bu müziklin 25 təqdimatı anşlaqla keçirilib.Müzikldə Gürcüstanın xalq artisti, məşhur kino aktyoru və estrada müğənnisi Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət Opera və Balet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış ediblər.Bayram gecəsinin sonunda Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, tanınmış sənət adamı Sofiya Nijaradze çıxış edərək Azərbaycanı çox sevdiklərini, paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Heydər Əliyev Mərkəzinə heyran olduqlarını bildiriblər."Vera məhəlləsinin musiqiləri" müzikli Azərbaycan paytaxtının mədəni həyatında əlamətdar hadisə olub və teatrsevərlərin yaddaşında uzun müddət qalacaq.
Mənbə: Milli.Az
18 yanvar 2014
GO BACK