Qadin.NET / Obama federal hökumətin maliyyələşdirilməsi haqqında qanunu imzalayıb

Obama federal hökumətin maliyyələşdirilməsi haqqında qanunu imzalayıb

 

ABŞ prezidenti Barak Obama sentyabrın sonunadək ABŞ-ın federal büdcəsinin maliyyələşdirilməsi barədə qanunu imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib. Qanun növbəti maliyyə ilinin sonuna, sentyabrın 30-na qədər 1.1 trilyon dollar xərc nəzərdə tutur. Bundan öncə qanun layihəsini konqresin hər iki palatası dəstəkləyib.Konqres Demokrat və Respublikaçılar partiyaları arasında davam edən ciddi fikir ayrılığı üzündən artıq dörd ildir ki, büdcəni müntəzəm qəbul edə bilmir.2013-cü ilin oktyabr ayında büdcə olmadığından federal müəssisələrinin bağlanması hər iki partiyanın nüfuzuna zərər vurub.

Mənbə: Milli.Az

18 yanvar 2014
GO BACK