Qadin.NET / Rusiyadan ermənilərə inanılmaz zərbə

Rusiyadan ermənilərə inanılmaz zərbə

 

Soçidə keçiriləcək Qış Olimpiya oyunları ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirən Rusiya rəhbərliyi əcnəbilərin, daha dəqiq desək, MDB-dən olanların ölkə ərazisinə daxil olmalarını məhdudlaşdırmaq qərarına gəlib. Bu siyahıya düşənlər arasında isə ermənilər liderlik edir. Erməni saytlarının yaydığı məlumata görə, son bir neçə ayda Rusiyaya üz tutan bir çox Ermənistan vətəndaşları müəyyən səbəblər göstərilərək və ya heç bir səbəb göstərilmədən sərhəddən geri qaytarılır. Geri qaytarılanlara səfirliyə müraciət etmək məsləhət görülür. Səfirlikdə isə vətəndaşlara bu işlə məşğul olmadıqları bildirilir.
 Rusiya sərhədçiləri həm avtomobillə gələn, həm də təyyarə ilə uçan erməniləri ölkələrinə buraxmadan geri qaytarırlar. Bu zaman onların təyyarə biletinin əvəzinə heç nə verilmir. Adını açıqlamayan aviaşirkət təmsilçisi isə bu cür sərt rejimin 7-23 fevralda Soçidə keçiriləcək olimpiya oyunları ilə bağlı olduğunu bildirib. Yəni ruslar təhlükəsizlik tədbiri kimi erməniləri öz ölkələrinə buraxmırlar. Öz növbəsində Rusiya Miqrasiya Xidməti direktorunun müavini Anatoli Kuznetsov bildirib ki, ötən il Rusiya ərazisinə 10 mln.239 min əmək miqrantı daxil olub. Onların böyük bir qismi - 3,5 mln. nəfəri Ukrayna vətəndaşlarıdır. Qazaxıstandan 1 mln. 386 min, Tacikistandan 984, Moldovadan 907, Qırğızıstandan 550, Ermənistandan isə 394 min miqrant gəlib.

2013-cü ildə qeyri-leqal miqrantlar mövzusu erməni sürücünün qəza törətməsindən sonra aktuallaşıb. Ümumiyyətlə, qanunların pozulmasında ermənilər hər zaman liderlik ediblər. Erməni sürücünün törətdiyi qəza buna misaldır. Onun törətdiyi qəza 20-yə yaxın insanın ölümü ilə nəticələnmişdi. Məhz bundan sonra Rusiya parlamenti fövqəladə iclasını çağıraraq miqrantlara qarşı qanunları sərtləşdirmişdi. Ermənilərə qarşı narazılıq həm də onların infeksion xəstəliklərin yayıcısı olmaları ilə bağlı da ola bilər. Bu ehtimalı artıran xəbər elə ötən gün yayılıb. Belə ki, yayılan xəbərlərə görə, Ermənistanda naməlum infeksiya yayılıb. Gümrü şəhərinin yataqxanasında bu infeksiyaya bir qadın və 11 uşaq yoluxub. Bu barədə “Lragir.am” saytı məlumat yayıb. Qeyd olunur ki, naməlum xəstəlik bir neçə gün davam etsə də, ailə hələ də həkim nəzarətinə götürülməyib. İnfeksiya və onun müalicə metodları da hələ tapılmayıb. Gümrüdə lazımi tibbi xidmətlərin fəaliyyət göstərməsinə rəğmən, onlar problemə biganə yanaşırlar. Rusiya da görünür, bütün bunları nəzərə alaraq sərt tədbirlərə əl atır.
Yeri gəlmişkən, miqrantlara qarşı qaydaları sərtləşdirən Rusiya viza rejimimin tətbiqindən də dəm vurmağa başlayıb. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak deyib ki, “milli maraqlarımızın müdafiəsi üçün Rusiyaya kütləvi miqrant axını olan bəzi ölkələrlə viza rejimi tətbiq edilməlidir”. Onun sözlərinə görə, viza tətbiqi qaçılmaz prosesdir: “Çünki dünyada ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi müxtəlifdir. Əgər biz miqrasiya axınlarını viza rejimi ilə tənzimləməsək, ölkəmizi millətlərarası münaqişələrdən qoruya bilmərik”.
Kreml artıq miqrantların 90 gündən çox ölkə ərazisində qala bilməmələrini nəzərdə tutan yeni qanun layihəsini təsdiq etməyə hazırlaşır. Maraqlı məqam isə odur ki, miqrantlara qarşı qanun layihələri indiyədək daha çox Jirinovskinin Liberal Demokrat Partiyası tərəfindən irəli sürüldüyü halda, bu dəfə təklif hakim Vahid Rusiya Partiyasının dağıstanlı millət vəkili Rizvan Kurbanovdan gəlib. Onun fikrincə, qanun ölkədə qeyri-rəsmi miqrantların sayının azalmasına kömək edəcək: “Bu qanunun ölkəmizdə rəsmi olaraq çalışan miqrantlara heç bir zərəri olmayacaq. Tələbələr, iş adamları və Rusiyada uzun müddət qalmaq niyyəti olanlar qeydiyyatdan keçə bilərlər. Amma unutmamalıyıq ki, 1 milyon 300 min miqrant ölkəmizdə qeyri-rəsmi çalışır. Ümid edirəm, gələn ilin mart ayından etibarən tətbiq ediləcək qanun onların bu özbaşınalığına son verəcək”.
Dumanın bu addımı miqrantlar tərəfindən heç də xoş qarşılanmayıb. Xüsusilə bu ölkədə ticarətlə məşğul olan həmyerlilərimizin yeni qanundan ciddi şəkildə zərər görə biləcəyi deyilir. Məlumat üçün bildirək ki, ötən il Rusiya miqrasiya qanunvericiliyini pozan 63 min əcnəbi vətəndaşı Moskvadan çıxarılıb, 1300 nəfər deportasiya edilib. Onların arasında geniş ictimai rezonans doğuran operativ-profilaktik əməliyyatlarda saxlanılan qeyri-leqal miqrantlar da var. 2013-cü ildə qeyri-leqal miqrantlar mövzusu Matveyevskiy bazarında polis işçisinin döyülməsi ilə xüsusən aktuallaşıb. Ötən il ərzində 800 mindən çox yoxlama əməliyyatı keçirilib və 2,3 milyondan çox inzibati qanun pozuntusu aşkara çıxarılıb, 500 min əcnəbinin Rusiyaya gəlməsi məhdudlaşdırılıb. Rusiya FMX-nin məlumatına görə, hazırda ölkədə 3,6 milyon əcnəbi qeyri-leqal yaşayır. FMX-nin əcnəbi vətəndaşlarla iş departamenti direktorunun müavini Dmitri Demidenko bildirib ki, bu ildən Rusiyada təhsil alan əcnəbi tələbələrə həm də bu ölkədə işləmək hüququ verilib. İndi tələbələr yay tətili də daxil olmaqla təhsil aldıqları müddətdə işləyə biləcəklər.
Rusiya miqrasiya qanunvericiliyinə edilən digər dəyişikliyə əsasən, bu ölkəyə işləməyə gələn hər bir əcnəbi digər sənədlərlə yanaşı, tibbi arayış da təqdim etməli, patent və vergi ödəyicisi kartı almalıdır. Bundan əlavə, Rusiyada olma müddəti başa çatdıqdan sonra (işləməyə icazəsi olan miqrantlara aid deyil) 30 gün ərzində bu ölkəni tərk etməyən əcnəbilərin 3 il müddətinə, bir il ərzində 2 və daha artıq qanun pozuntusuna yol verən əcnəbilərin 5 il müddətinə Rusiya ərazisinə gəlməsinə qadağa qoyulacaq.
Ekspertlər deyir ki, əgər Rusiyada ticarətlə məşğul olan miqrant 180 günün 90 gününü burada, digər 90 gününü vətəndə keçirmək məcburiyyətində qalsa, onun biznesi çökəcək. Millət vəkili Vladimir Jirinovski isə miqrantlara qarşı daha bir qanun layihəsiylə çıxış edib. O qeyri-qanuni miqrantların öz vətənlərinə pul köçürmələrinə vergi tətbiq edilməsini təklif edib.

Mənbə: Kaspi.Az

17 yanvar 2014
GO BACK