Qadin.NET / Şumaxerdən xəbər var

Şumaxerdən xəbər var

 

"Formula 1" yarışları üzrə 7 qat dünya çempionu Mixail Şumaxerin vəziyyəti sabit olaraq qalır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu alman pilotun meneceri Sabina Kem deyib. Onun sözlərinə görə, M.Şumaxerin ailəsi tibbi heyətə tam güvənir və onun işindən məmnundur.Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".

 

Mənbə: Milli.Az
17 yanvar 2014
GO BACK