"Azərbaycanda mobil nömrələrin daşınması xidməti işə düşdükdən sonra mobil operatorların standart danışıq tarifini aşağı salacağı gözlənilir. Amma indidən qiymətləri hansı mobil operatorun ucuzlaşdıracağını söyləmək mümkün deyil". Bu sözləri Movqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev deyib. İ.Əliyev bildirib ki, hansı mobil operatorların qiyməti aşağı salacağı abunəçilərin seçimindən asılıdır: "Nömrə daşınma sistemi işə düşdükdən sonra bizim də gözləntilərimiz odur ki, qiymətlər ucuzlaşacaq. Abonent sərfəli mobil operatoru seçərsə, digər mobil operatorlar bu rəqabətə davam gətirmək üçün qiyməti ucuzlaşdıracaqlar".
Mənbə: Milli.Az