Qadin.NET / Azərbaycan qızıl istehsalını artırdı

Azərbaycan qızıl istehsalını artırdı

 

Azərbaycanda qızıl istehsalı isə məşğul olan "Anglo Asian Mining plc" (AAM) şirkəti 2013-cü ildə "Gədəbəy" kompleks mədənində hasil edilən 52 068 unsiya qızıl istehsal edib. Bu barədə Trend şirkətin saytına istinadən məlumat verir. Müqayisə üçün, AAM 2012-ci ildə 50 215 unsiya qızıl hasil edib.

Şirkət 2013-cü ildə 46 076 qızıl unsiyası reallaşdırıb, halbuki 2012-ci ildə satış həcmləri 42 743 unsiya olub. Lakin şirkət 2012-ci ildə 1 unsiya qızılı orta hesabla 1 660 dollara satırdısa, ötən il bu qiymət 1387 dollar təşkil edib.
AAM-in baş direktoru Rza Vəziri deyib ki, istehsalın artımına baxmayaraq, şirkət bu il üçün proqnozu yerinə yetirə bilmədi. Şirkət hasilatı 60 min unsiya səviyyəsində təmin etməyi planlaşdırırdı ki, bu da 2012-ci ildə istehsal həcmlərini 20 faiz üstələyə bilərdi.
R.Vəziri vurğulayıb ki, bu, gözlənilməz hava şəraiti və 2013-cü ilin iyununda qızılın çən yuyulması zavodunun işə salınması üzrə işlə əlaqədar olub: "Bu, 2013-cü ildə qızılın qiymətinin azalması ilə birlikdə ötən illə müqayisədə mənfəətin xeyli azalmasına gətirib çıxaracaq".
Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir.
Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.
Mənbə: Milli.Az

 

17 yanvar 2014
GO BACK