"Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo bu il ölkəsində keçiriləcək dünya çempionatında milli komandanın formasını geymək istədiyini deyib. Apasport.az saytının məlumatına görə, Braziliya mətbuatına danışan 30 yaşlı yarımmüdafiəçi yığmanın baş məşqçisi Luis Felipe Skolaridən təklif gözlədiyini bildirib:“Ötən il çox yaxşı mövsüm keçirdim. Superliqada çempion olduq. Çempionlar Liqasında 1/4 finalda mübarizə apardıq. Mən də ən yaxşı oyunçu seçildim. Bu mövsüm də uğurlu çıxışım davam edir. Ümid edirəm ki, bu sabit oyunum Skolarinin də diqqətini çəkər və məni heyətə qatar. Çünki hazırda ən böyük hədəfim millinin formasını geymək və dünya çempionatında çıxış etməkdir”.Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan Melo 2009-2010-cu illər ərzində Braziliya millisində çıxış edib.
Mənbə: Milli.Az