Qadin.NET / Hava haqqında - 17.01.2014

Hava haqqında - 17.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 1-5°, gündüz 8-12° isti, Bakıda gecə 3-5°, gündüz 9-11° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperatur gecə 7-12°, bəzi yerlərdə 16° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti təşkil edəcək.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq.Temperatur gecə 2-5°, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz Yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Mənbə: Milli.Az

17 yanvar 2014
GO BACK